| Kateqoria: | Kurikulum |
| Dil: | Azərbaycan |
| Müəllif: | |
| Nəşriyyat: | |
| Nəşr yeri: | |
| Nəşr ili: | 2015 |
| Səhifə: | 1 |
| Kitab nömrəsi: | 1 |
| ISBN: | 11 |
| Yeni nəşr: | Xeyr |
• Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
• Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
• Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
• Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.
____ Motivasiyanın yaradılmasına təsir edən amillər ____
• Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
• Materialın təqdim olunma üsulları və formaları;
• Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
• Yaradıcılıq imkanı;
• Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
• Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.