2012-ci il tarixində təlim və tədrisə başlayan, təhsildə keyfiyyətə önəm verən Dahi Academy tədris mərkəzi bugün bir neçə şöbəsi ilə fəaliyyət göstərməkdədir. Kurslarımız yeni texnologiyaların və fərqli təhsil sistemlərinin qabaqcıl izləyicisidir. Sevgi şüuru ilə hərəkət edən gənc, dinamik idarəçi və müəllim heyəti, təhsili hər bir maddi və ticarət qayğısından uzaq tutaraq təhsil dünyamıza rəng qatmaqdadır. Dahi Academy tədris mərkəzi təhsil sahəsində öz layiqli yerini tutmuş, insani keyfiyyətləri ön plana çəkən və ona dəyər verən, sevərək öyrətmək prinsipiylə hərəkət edən bir qurumdur. Şagird və valideyn məmnuniyyətini hər şeyin üstündə tutmaqda, sosial və mədəni fəaliyyətlərə yer verməkdə və daima ən yaxşısını hədəfləməkdədir.