22 iyul 1991-ci ildə Gəncə şəhərində anadan olmuşam. 2009-cu ildə Politexnik Universitetinin Kompüter elmləri ixtisasına daxil olmuşam. 2022-ci ildə MİQ imtahanı vermişəm. 334 nömrəli məktəbdə çalışmışam.
Mən, Gülnur Tanrıverdi, 01 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Zaqatala rayonunda anadan olmuşam.
2015-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsinə qəbul olmuşam. 2019-cu ildə bakalavr təhsilimi başa vurmuşam.
2021–2023-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura pilləsində təhsil almış və 2023-cü ildə magistr təhsilimi uğurla başa vurmuşam.
Hazırda M. Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Informatika muellimi vezifesinde çalışıram.
Mən Rəhimov Şənlik Şamil oğlu 1 yanvar 1990-cı ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşam.1996-cı ildə Valeh Rəhimov adına Veri Əliabdı kənd ümumi orta ümumtəhsil məktəbinin 1-ci sinifinə daxil olmuşam.2003-cu ildə Kimya-Biologiya liseyinin 8 ci sinifinə daxil olmuşam.2006-cı ildən Lerik rayonu Telman Kazımov adıan Veri kənd tam orta məktəbinin 11-ci sinfinə daxil olmuşam.2007-2011-ci illərdə Lənkəran Dövlət Üniversitetinin Riyaziyyat və İnformatika ixtisına yiyələnmişəm.2012-ci ildə həqiqi hərbi xidmətdə olmuşam.2013-cu ildən 2025-ci ilin senyatbr ayının 12 -nə dək Lerik rayonu Valeh Rəhimov adıan Veri Əliabadı kənd ümumi orta məktəbində Riyaziyyat və İnformatika müəllimi kimi fəaliyyət göstərmişəm.2025-ci ilin sentyabr ayının 15-dən Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli məktəbində İnformatika müəllimi kimi fəaliyyət göstərməyə başalmışam.Cari sertifikasiya imthanında 55 bal toplamışam.Ailəliyəm , 3 övladım var.
2012-ci il tarixində təlim və tədrisə başlayan, təhsildə keyfiyyətə önəm verən Dahi Academy tədris mərkəzi bugün bir neçə şöbəsi ilə fəaliyyət göstərməkdədir. Kurslarımız yeni texnologiyaların və fərqli təhsil sistemlərinin qabaqcıl izləyicisidir. Sevgi şüuru ilə hərəkət edən gənc, dinamik idarəçi və müəllim heyəti, təhsili hər bir maddi və ticarət qayğısından uzaq tutaraq təhsil dünyamıza rəng qatmaqdadır. Dahi Academy tədris mərkəzi təhsil sahəsində öz layiqli yerini tutmuş, insani keyfiyyətləri ön plana çəkən və ona dəyər verən, sevərək öyrətmək prinsipiylə hərəkət edən bir qurumdur. Şagird və valideyn məmnuniyyətini hər şeyin üstündə tutmaqda, sosial və mədəni fəaliyyətlərə yer verməkdə və daima ən yaxşısını hədəfləməkdədir.