| Kateqoria: | Qanun |
| Dil: | Azərbaycan |
| Müəllif: | e.gov.az |
| Nəşriyyat: | e.gov.az |
| Nəşr yeri: | e.gov.az |
| Nəşr ili: | 2022 |
| Səhifə: | 1 |
| Kitab nömrəsi: | 1 |
| ISBN: | 11 |
| Yeni nəşr: | Bəli |
Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) AR Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR-ın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. NMR-da həm də NMR-ın Konstitusiyası və qanunları, NMR Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. NMR-ın qanunvericilik sistemi AR-ın qanunvericilik sisteminə uyğun olmalıdır. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər